Şənbə, 26 İyul, 2025

“2 fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş “Gənclər yarmarkası” keçiriləcək


  • Dərc edildi: 31 Yanvar, 2023 - 18:13
“2 fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş “Gənclər yarmarkası” keçiriləcək

Əziz gənclər,

Sizi “2 fevral - Azərbaycan Gəncləri günü”nə həsr olunmuş “Gənclər yarmarkası”na dəvət edirik.

Tədbir Gənclər və İdman Nazirliyi və Azərbaycan Gənclər Fonunun təşkilatçılığı ilə respublikada fəaliyyət göstərən “Gənclər evi” sosial xidmət müəssisələri tərəfindən həyata keçirilən müxtəlif fəaliyyətlərin ictimaiyyətə yaxından tanıdılması, habelə yaradıcı və fiziki məhdudiyyətli gənclərin iştirakı ilə onların hazırladıqları əl işlərinin sərgi-satışı, bir sözlə inkulizivliyin təmin edilməsi məqsədilə keçirilir.

Eyni zamanda yarmarkada siz bir-birindən maraqlı və müxtəlif məzmunlu yarışlara qatılmaq imkanınız olacaq. Qaliblər müxtəlif hədiyyələrlə mükafatlandırılacaqlar. Yarmarkada Gənclərinin evlərinin istedadlı gənclərinin iştirakı ilə maraqlı musiqi nömrələri təqdim ediləcək.

Tarix: 1 fevral 2023-cü il, saat 10:00-dan 17:00-dək

Məkan: “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində Qoşa qala meydanı (giriş Qoşa qala qapsı tərəfdən olacaq).

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 182
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 768
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 536
Azərbaycan Texnologi...