Bazar ertəsi, 9 İyun, 2025

"Gender Hub Azerbaijan" təcrübəçisi olmaq istəyənlərin nəzərinə!


  • Dərc edildi: 28 May, 2023 - 22:12
"Gender Hub Azerbaijan" təcrübəçisi olmaq istəyənlərin nəzərinə!

Komandamıza qoşulmağa tələsin!

Gender Hub yeni təcrübə proqramını elan edir. Bu proqramın məqsədi gender-həssas və bərabər dünya yaratmaq istəyən həvəs göstərən gəncləri bir araya toplamaqdır. Bu proqram tam olaraq sizin üçündür! 

Təcrübə proqramı 4 aylıq olub məqsədi iştirakçıları həm texniki, həm də nəzəri təcrübəni əhatə edərək çoxtərəfli inkişaf etdirməkdir.Siz rəqəmsal platformalardan istifadə edərək ideyalarınızı gerçəkləşdirə bilmə imkanı əldə edəcək və ən əsası peşəkar həyatda istifadə edəcəyiniz bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Xüsusi təlimlər sayəsində, həmçinin, mübadilə proqramları, layihələrin yazılması üsulları, Azərbaycanda gender bərabərliyi və digər mövzularda hüquqi çərçivələri, beynəlxalq sənədləri və yerli qanunları öyrənəcəksiniz. Nəticədə gender bərabərliyi ilə bağlı çətinliklərin öhdəsindən gəlmək üçün bilik və kompetensiyalar əldə edəcəksiniz.

Qeydiyyat linki: LİNK

Son qeydiyyat: 9 iyun 2023, 23:59

QEYD: Seçim prosesindən sonra iyunun 11-də iştirakçıların qrup görüşü keçiriləcək. Burada seçilmiş şəxslər növbəti mərhələyə keçid edəcək.

Gender kimliyindən asılı olmayaraq hər bir fərdin birlikdə və təhlükəsiz yaşaya biləcəyi cəmiyyət yaratmaq, bizə qoşulmaq üçün siz də qeydiyyatdan keçin və dəyişikliklər etməyə hazır olun!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 168
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 363
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 97
Elm və təhsil naziri...