Çərşənbə axşamı, 29 İyul, 2025

Azexport.az portalının Quba rayonunda sahibkarlarla görüşü keçiriləcək


  • Dərc edildi: 30 May, 2024 - 12:16
Azexport.az portalının Quba rayonunda sahibkarlarla görüşü keçiriləcək

Azexport.az portalının Quba rayonunda sahibkarlarla görüşü keçiriləcək

 

Quba rayonunda fəaliyyət göstərən sahibkarların və gənclərin elektron ticarət biliklərinin artırılması məqsədilə görüş təşkil olunacaq. Quba Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının dəstəyi ilə baş tutacaq tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Azexport portalının iş prinsipi və portalın xarici bazarlara çıxış üçün təqdim etdiyi imkanlar barədə məlumatlar veriləcək.

Görüşdə iştirakçılara "Amazon", "eBay", "Alibaba" kimi beynəlxalq elektron ticarət platformalarında məhsul yerləşdirmə imkanları, həmçinin "Payoneer" beynəlxalq ödəniş sistemindən istifadəyə dair praktik nümunələr üzərindən zəruri məlumatlar təqdim olunacaq.

Tədbir 03.06.2024-cü il saat 12:00-da Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba rayon filialında keçiriləcək. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 239
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 842
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 700
Azərbaycan Texnologi...