Cümə axşamı, 31 İyul, 2025

Ümumi şöbənin kargüzarı vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 12 Avqust, 2024 - 12:06
Ümumi şöbənin kargüzarı vəzifəsi üzrə vakansiya

Dördüncü Sənaye inqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Ümumi şöbənin kargüzarı vəzifəsinə əməkdaş axtarır.

 

Əmək vəzifələri :

  • 4SİM-ə gətirilən korrespondensiyaların düzgünlüyünü yoxlamaq, qəbul etmək, yaxud aidiyyəti üzrə gətirilmədikdə geri qaytarmaq;
  • 4SİM-ə daxil olan sənədləri Elektron Sənəd dövriyyəsi sisteminə daxil etmək və qeydiyyata almaq;
  • Sənəd dövriyyəsinin operativ və optimal şəkildə aparılmasını həyata keçirmək;
  • Sənədləri işlər üzrə formalaşdırmaq, saxlamaq və onlardan istifadə edilməsini təmin etmək;
  • 4SİM-dən xaric olan bütün sənədlərin qeydiyyatını aparmaq;
  • 4SİM-dən xaric olan sənədlərdə ünvanının düzgün əks olunmasını, göstərilən qoşmaların mövcudluğunu yoxlamaq və müvafiq çatışmazlıqlar, səhvlər aşkar edildikdə sənədləri icraçılara qaytarmaq;
  • Sənəd qovluqlarının düzgün formalaşdırılmasını, sənədlərin tez tapılmasının təmin edilməsini, işlərin sistemləşdirilməsini, uçotunu, onların saxlanma müddətlərinin müəyyən edilməsini, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsini təmin etmək;
  • Sektorun fəaliyyət istiqamətlərinə uyğun olaraq müvafiq arayış və hesabatların hazırlayaraq təqdim etmək;
  • 4SİM-də kargüzarlıq qaydalarına əməl edilməsi ilə bağlı monitorinqlərdə iştirak etmək;
  • Qulluq funksiyası ilə həvalə edilmiş işlərin təkmilləşdirilməsi ilə bağlı təklif vermək;
  • Əmək və nizam-intizam qaydalarına riayət etmək;
  • 4SİM-in etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
  • Əməyin mühafizəsi, əmək-nizam intizamı, yanğından mühafizə normaları, texniki təhlükəsizlik, sanitar-gigeniya və fəaliyyətinə həvəslə yanaşmalı, yaradıcı, enerjili, intizamlı təşkilatçılıq, peşəsi ilə bağlı yeni texniki biliklər və təcrübələr toplamalı, sosial, təşkilati və fərdi psixoloji ovqatı qavramağı bacarmağı təmin etmək.
  • Rəhbərliyin göstərişi ilə digər vəzifələri yerinə yetirmək.

 

Tələblər: 

  • Ali Təhsil
  • Microsoft Office
  • Azərbaycan dili (mükəmməl)
  • İngilis və Rus dilləri
  • Ünsiyyət və kommunikasiya bacarıqları

 

İş saatları:

  • Həftə içi 5 gün, saat 09:00-18:00

 

Maraqlanan namizədlərdən tərcümeyi-halını (CV) və Motivasiya məktubunu [email protected] email ünvanına "Ümumi şöbə - Kargüzar" başlığı ilə göndərmələri xahiş olunur.

 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 268
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 870
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 750
Azərbaycan Texnologi...