Bazar ertəsi, 21 İyul, 2025

“İş Klubu 2” layihəsinə qeydiyyat başlanıb


  • Dərc edildi: 22 Avqust, 2022 - 17:11
“İş Klubu 2” layihəsinə qeydiyyat başlanıb

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera Filialı “İş Klubu 2” layihəsinə qeydiyyata start verib. 


Layihə çərçivəsində tələbələr, yeni məzunlar, işsiz və işaxtaranlar əyani olaraq karyera planlaması istiqamətində təlimlərdə iştirak etməklə bərabər, iş axtarış yollarını praktiki olaraq sınaqdan keçirtmək imkanı əldə edəcəklər. 


Peşəkar ekspertlər tərəfindən 2 həftə müddətində iştirakçılara “Əmək bazarının tələbləri”, “İş məqsədlərinin təyini”, “Effektiv CV hazırlığı”, “İstək məktubunun yazılma forması”, “Müsahibəyə hazırlıq qaydaları”, “İş axtarış alətləri ilə tanışlıq” mövzuları ətrafında məlumatlar veriləcək.  


Layihədə iştirak etmək istəyənlər şəxslər 30 avqust tarixinədək aşağıda qeyd olunan onlayn müraciət forumunu doldurub qeydiyyatdan keçə bilərlər. Qeydiyyat mərhələsini uğurla keçmiş şəxslərlə elektron poçt ünvanı vasitəsiylə əlaqə saxlanılacaq.

 

Qeydiyyat linki: https://forms.gle/yg38bfCduZuGUfnN6

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3705
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2112
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 198
Bu gündən tələbələri...