Şənbə, 7 İyun, 2025

145 Group Satınalma və Təchizat üzrə 3 aylıq maaşlı təcrübə proqramı


  • Dərc edildi: 4 İyun, 2025 - 01:28
145 Group Satınalma və Təchizat üzrə 3 aylıq maaşlı təcrübə proqramı

145 Group Satınalma və Təchizat üzrə 3 aylıq maaşlı təcrübə proqramı

 

145 Group olaraq, satınalma və təchizat sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, cəld, məsuliyyətli və təşəbbüskar namizədləri komandamıza dəvət edirik.

 

Bu təcrübə proqramı real iş mühitində öyrənmək və karyeranıza güclü başlanğıc vermək üçün əla fürsətdir!

 

Tələblər:

4-cü kurs tələbələri, yeni məzunlar və magistrlar

Ali təhsil (Maliyyə, Mühasibat, İqtisadiyyat və oxşar ixtisaslara üstünlük verilir)

Təchizat və ya satınalma sahəsində ilkin təcrübə üstünlükdür və çox önəmlidir

MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı

Orta səviyyədə ingilis dili (rus dili arzuolunandır)

Cəld qərarvermə, analitik düşünmə və detallara diqqət

 

Vəzifə öhdəlikləri:

Şirkətin hesabat sistemləri və məlumat bazası ilə işləmək

Kommersiya təkliflərinin hazırlanması və satış prosesinin dəstəklənməsi

Bazar analizi və rəqib monitorinqi

Müqavilələr üzrə sənədləşmə və ödənişlərə nəzarət

Müştəri sifarişlərinin qəbulu və sənədlərin hazırlanması

Məlumatların axtarışı, təhlili və sistemləşdirilməsi

İşgüzar yazışma və danışıqlarda iştirak

Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və uyğun təkliflərin təqdim olunması

Yerli bazarda potensial podratçı və təchizatçıların (supplierlərin) axtarılması, onlarla ilkin görüşlərin təşkili və məlumatların toplanması

Yerli bazar və idxal üzrə sifarişlərin hazırlanması

 

İş şəraiti:

İş saatları: 09:00 – 18:00

İstirahət günləri: Şənbə və Bazar

Nahar şirkət tərəfindən təmin olunur

Ünvan: ISR Plaza, 16-cı mərtəbə

Təcrübə müddəti: 3 ay (ödənişli - maaşlı)

Özünü doğruldan namizədlərə işlə təmin olunma imkanı

Müraciət etmək istəyənlər CV-lərini [email protected] ünvanına mövzu hissəsində “Satınalma və Təchizat üzrə təcrübəçi” qeyd edərək göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 126
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 299
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...