Cümə, 27 İyun, 2025

Bakı Ali Neft Məktəbinin Beynəlxalq Əlaqələr şöbəsinə əməkdaş axtarılır


  • Dərc edildi: 22 Fevral, 2024 - 22:07
Bakı Ali Neft Məktəbinin Beynəlxalq Əlaqələr şöbəsinə əməkdaş axtarılır

Bakı Ali Neft Məktəbinin Beynəlxalq Əlaqələr şöbəsinə əməkdaş axtarılır. Ali təhsil ocaqlarında iş təcrübəsi olanlara üstünlük veriləcəkdir.

Tələblər:
-Ali təhsil;
-Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
-Azərbaycan dili (əla)
-İngilis dili (əla)
-Rus dili (yaxşı)

Ümumi vəzifə öhdəlikləri:
-Mövcud proqramlar və əməkdaşlıq müqavilələri çərçivəsində BANM-ə əcnəbi vətəndaşların təhsil almaq üçün cəlb edilməsi və onların universitetdə tədrisinin təşkili üçün müvafiq tədbirlərin görülməsi;
-Müvafiq təhsil mübadilə proqramlarının koordinasiya edilməsi;
-Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlikləri ilə, eyni zamanda, ölkəmizin xarici ölkələrdəki səfirliklər ilə işin təşkili və koordinatorluğu;
-Mövcud təlimatlara əsasən, Azərbaycan R

espublikasının Dövlət Miqrasiya Xidməti, Elm və Təhsil Nazirliyi, Xarici İşlər Nazirliyi və digər əlaqədar strukturlarla işlərin həyata keçirilməsi;
-Xarici və yerli tərəfdaş müəssisələrlə yazışmaların aparılması və müvafiq fəaliyyətlərin koordinasiya edilməsi;
-BANM rəhbərliyi və nümayəndələrinin yerli və beynəlxalq tədbirlərdə iştirakı zamanı zərurət yarandığı təqdirdə onları müşayiət edilməsi və şifahi ünsiyyəti dəstəkləməsi;
-Müvafiq görüşlər və tədbirlər zamanı xarici tərəfdaşlarla sinxron tərcümə və şifahi ünsiyyəti təmin edilməsi;

Tələblərə uyğun namizədlər CV-ləri həm Azərbaycan, həm də ingilis dillərində “Beynəlxalq əlaqələr üzrə mütəxəssis” başlığı ilə [email protected] ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 187
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 820
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 218
Sertifikatlaşdırmada...