Cümə axşamı, 7 Avqust, 2025

“Məhsul Meneceri” (Qeyri-Qida) vəzifəsi üzrə vakansiya


  • Dərc edildi: 28 Dekabr, 2022 - 17:29
“Məhsul Meneceri” (Qeyri-Qida) vəzifəsi üzrə vakansiya

AVRORA MMC “Məhsul Meneceri” (Qeyri-Qida) vəzifəsi üzrə vakansiya elan edir!

Əsas vəzifə öhdəlikləri :

·       Portfelində mövcud olan məhsulların satışlarını artırmaq məqsədilə ticarət nöqtələrində aksiyaların keçirilməsinin planlaması və reallaşdırması;
·       Məhsul çeşidi əsasında satış və geri qaytarma nəticələrinin təhlil edilməsi və SKU optimazasiyasının aparılması;
·       Rəqib şirkətlərin bazarda fəaliyyətlərinin və qiymət strategiyalarının təhlil edilməsi, təhlil zamanı yaranmış fürsətlərin və risklərin dəyərləndirilməsi, portfelinə uyğun lazımi tədbir planının hazırlanması;
·       Portfelində mövcud olan məhsulların, tədbir planına əsasən, zəruri reklam materiallarının formatının, sayının, növünün və büdcəsinin təhlil edilməsi, ərazidə yerləşməsinə və effektiv istifadəsinə nəzarət edilməsi;
·       Həvalə edilmiş kateqoriya üzrə inkişaf strategiyasına cavabdehlik daşıması, portfelinin optimizasiyasının, yeni məhsulların buraxılmasının və aktual olmayan məhsulların delistinin həyata keçirilməsi;
·       Cari və növbəti illər üçün menecerə həvalə edilmiş kateqoriya üzrə satış və mənfəətlilik planlarının təhlil edilməsi;
·       Marketinq planının hazırlanmasında iştirak edilməsi və həmin plan üzrə müxtəlif marketinq tədbirlərinin həyata keçirilməsi (reklam kampaniyaları, təqdimatlar və s.);
·       Brend üzrə qiymət siyasətinin mütəmadi təhlil edilməsi və inkişaf etdirilməsi;
·       Məhsulun bazarda mövqeyinin izlənilməsi (məhsul satışının gedişatı və bunun üçün tələbat), istehlakçıların məhsula münasibətinin müəyyənləşdirilməsi, brendin imicinin müntəzəm tədqiqatının aparılması.

Tələb olunan bilik və bacarıqlar :

·       Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
·       Güclü analitik düşüncəyə malik olması;
·       Təqdimat proqramlarında işləmək bacarığı (PPT, Visio və s.);
·       Excel proqramı üzrə biliklər (orta səviyyədə);
·       Kollektivdə işləmə bacarığı.

Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :

·       Ali təhsil (Marketinq ixtisası üzrə bakalavr dərəcəsi);
·       Məhsul Marketinq sahəsi üzrə 2-4 il iş təcrübəsi;
·       Dil bilikləri: Azərbaycan (əla), İngilis (orta) və Rus dili (orta).

İş şərtlərimiz :

·       İş qrafiki: Tam iş günü (5 gün);
·       İş saatları: 09:00-18:00;
·       İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.

Biz nə təklif edirik :

·       Əmək bazarında rəqabətli əməkhaqqı;
·       İşçilərə qayğı proqramı;
·       Peşəkar komanda mühiti;
·       Nahar;
·       Şirkət hesabına korporativ nömrə;
·       Təlim və inkişaf imkanları.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Məhsul Meneceri” (Qeyri-Qida) yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5899
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1130
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 413
“İnnovativ məktəb” l...