Çərşənbə axşamı, 5 Avqust, 2025

"AFB Bank" ASC - də Hüquqşünas vakansiyası


  • Dərc edildi: 20 Dekabr, 2022 - 23:02
"AFB Bank" ASC - də Hüquqşünas vakansiyası

"AFB Bank" ASC Hüquqşünas axtarışındadır !

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 
Ali hüquq təhsili;
Bank və ya bank olmayan kredit təşkilatında hüquq sahəsində 1il iş təcrübəsi;
Mülki və Bank qanunvericiliyi sahəsində biliklər;
Yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
Analitik təhlil və detallara fikir vermək qabiliyyəti;
Nizam-intizam və məsuliyyətlilik;
MS Office proqramlarında (MS Word, MS Excel) işləmək bacarığı.                                                                                                                                                                                                 

İŞİN TƏSVİRİ:
 
Qüvvədə olan hüquqi aktlar və bu aktlara edilən dəyişikliklərlə aidiyyəti strukturları tanış edir;
Bankın Strateji planı əsasında hazırlanmış tədbirlər planına uyğun verilən tapşırıqları icra edir;
Bankın inzibati-təsərrüfat məsələləri, işçi heyəti və ümumi fəaliyyəti üzrə sərəncamverici sənədlərin (əmr, qərar, sərəncam) standart formalarının hazırlanmasında iştirak edir;
Zərurət yarandığı təqdirdə dövlət idarəetmə, nəzarət, məhkəmə və notariat orqanlarında Bankı təmsil edir, bununla bağlı zəruri sənədləri hazırlayır;
İdarəetmə orqanlarının iclaslarının çağırılması, keçirilməsi və iclasların nəticələrinə dair protokolların, o cümlədən protokoldan çıxarışların hazırlanmasında iştirak edir;
Bankın fəaliyyəti ilə əlaqədar sənədlərin tərcüməsi, notariat qaydasında təsdiq edilməsi və leqallaşdırılması prosesində iştirak edir;
Banka təklif olunan əqdlər üzrə kontragentlərdən daxil olan müqavilələrin hüquqi ekspertizasını aparır;
Dövlət idarəetmə və nəzarət orqanlarına ünvanlanan məktubların layihələrini hazırlayır;
Bankın fəaliyyəti ilə bağlı zəruri olan vəkalətnamələrin (etibarnamələrin) hazırlanması və elektron imzaların alınmasını həyata keçirir.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Hüquqşünas” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5738
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1055
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 374
“İnnovativ məktəb” l...