Bazar ertəsi, 18 Avqust, 2025

“Tibbi yardım işçisi” vakansiyası


  • Dərc edildi: 18 Sentyabr, 2023 - 18:42
“Tibbi yardım işçisi” vakansiyası

"Azərbaycan Supermarket" MMC Logistika və distribusiya mərkəzi  komandasına “Tibbi yardım işçisi” vakansiyasını elan edir. Aşağıda vəzifənin detalları ilə tanış ola bilərsiniz:

Vəzifə öhdəlikləri
·      Müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq zərər çəkmiş şəxsə ilkin tibbi yardım göstərmək;
·      Qüvvədə olan normativ hüquqi sənədlərdə nəzərdə tutulmuş tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək;
·      Sanitar-maarifləndirmə işini aparmaq;
·      Öz fəaliyyəti üzrə statistik və digər informasiyanın müəyyən olunmuş qaydada təqdim etmək;
·      Sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər həyata keçirmək.  
 
Tələblər
·      Təcili və təxirəsalınmaz tibbi yardım sahəsində 3 il təcrübəyə malik olmaq;
·      Azərbaycan Respublikasının səhiyyə haqqında qanunvericiliyinin əsaslarını bilmək;
·      Təcili və təxirəsalınmaz hallarda xəsarət alan işçilərə müalicə-profilaktika və dərman yardımının təşkilinin əsaslarını bilmək;
·      Tibbi sənədlərin rəsmiləşdirilməsi qaydasını bilmək;
·      Həkimlərin etik davranış qaydalarını bilmək;Təxirəsalınmaz tibbi yardım göstərilməsi qaydalarını bilmək.
 
Vakansiya üzrə müraciətləri [email protected] elektron ünvanına mövzu bölməsində “Tibbi yardım işçisi” qeyd etməklə edə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 6747
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1621
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 641
“İnnovativ məktəb” l...