Çərşənbə axşamı, 22 İyul, 2025

Ətraf mühitin qorunmasına həsr olunmuş hakaton yarışması həyata keçiriləcək


  • Dərc edildi: 12 Yanvar, 2025 - 04:54
Ətraf mühitin qorunmasına həsr olunmuş hakaton yarışması həyata keçiriləcək

Ətraf mühitin qorunmasına həsr olunmuş hakaton yarışması həyata keçiriləcək

 

Bacarıqlarınızla yaşıl dünya yaratmağa hazırsınız? Sizə növbətə hakaton yarışması xəbərimiz var!

Belə ki, agentliyimiz və İspaniyada fəaliyyət göstərən “Impulse4Women” assosiasiyasının birgə təşkilatçılığı ilə ətraf mühitin qorunmasına həsr olunmuş hakaton yarışması həyata keçiriləcək.

Yarışma çərçivəsində iştirakçılardan 3 əsas mövzü üzrə innovativ həllər qəbul edilir. İnnovativ layihənin həyata keçirilməsi üçün “Impulse4Women” assosiasiyası və “Transformation Lighthouse” tərəfindən mentorluq sessiyaları həyata keçiriləcəkdir.




Mövzular:


🔹 İqlim dəyişikliyi və onun sosial-iqtisadi təsirləri
🔹 Yaşıl enerji və alternativ həllər
🔹 Tullantıların idarə edilməsi və təkrar emal 



Mükafatlar:



1-ci yer: 3000 USD
2-ci yer: 2000 USD
3-cü yer: 1000 USD

Kimlər qoşula bilər?
Azərbaycan universitetlərində təhsil alan qadın tələbələr

 Qeyd edək ki, iştirakçılar yarışmaya fərdi və ya komanda şəklində qoşula bilər.

Son müraciət tarixi: 24 Yanvar, 2025

Ətraflı məlumat və qeydiyyat üçün link:  LİNK

 İndi qeydiyyatdan keçin, qalib komandadan biri siz olun!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 142
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 79
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4259
Sumqayıt Dövlət Univ...