Bazar, 8 İyun, 2025

Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vakansiyası


  • Dərc edildi: 10 Mart, 2023 - 21:48
Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vakansiyası

“Bank Respublika” ASC Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

 

Ümumi vəzifə öhdəlikləri:

 

  • Onlayn kanallardan daxil olan sifarişlərin ilkin təhlil edilərək proqram təminatında qeydiyyatının aparılması;
  • Bankın mövcud məhsul və xidmətləri barəsində müştərilərə zəng vasitəsi ilə təklif verilməsi, satışının həyata keçirilməsi;
  • Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair təkliflərin verilməsi;
  • Müraciətlərin aidiyyatı proqram təminatında qeydiyyatının aparılması.

 

Namizədə qarşı tələblər:

 

  • Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
  • İstehlak kreditləri və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük verilir;
  • Dil bilikləri: Azərbaycan dili (əla); Rus dili (əla); 
  • MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
  • Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla şifahi ünsiyyət qurmaq bacarığı;
  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
  • Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini emailin mövzu hissəsində Online satış kanalları ilə iş şöbəsinin kiçik mütəxəssisi/mütəxəssisi qeyd etməklə 24 mart 2023-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. 

 

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 147
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 333
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 91
Elm və təhsil naziri...