Bazar, 8 İyun, 2025

"Qoşulmama Hərəkatı İlk Yay Məktəbi"nə müraciətlər açıq elan edilir


  • Dərc edildi: 31 May, 2023 - 12:07
"Qoşulmama Hərəkatı İlk Yay Məktəbi"nə müraciətlər açıq elan edilir

Beynəlxalq münasibətlər və diplomatiya sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək istəyən gənclərin nəzərinə!

Gənclər və İdman Nazirliyinin dəstəyi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı ilə "Qoşulmama Hərəkatı İlk Yay Məktəbi"nə müraciətlər açıq elan edilir.

İyunun 12-dən 17-dək Şəki Olimpiya İdman Kompleksində keçiriləcək yay məktəbində gənclər müxtəlif təlim, seminar, vorkşop, panel görüşlərdə iştirak edərək Qoşulmama Hərəkatının tarixi, dəyər və prinsipləri, hərəkatın gündəliyində olan aktual məsələlərlə bağlı məlumat əldə edəcək və beynəlxalq arenalarda QH ölkələrini təmsil etmək üçün zəruri diplomatik bilik və bacarıqlara yiyələnəcəklər. Layihədə iştirak etmək istəyirsinizsə, qeydiyyatdan keçməyə tələsin.

Qeydiyyat üçün link: https://shorturl.at/FKYZ5

 Son qeydiyyat tarixi: 4 iyun, saat 23:59

 Layihə ingilis dilində keçiriləcək.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 144
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 329
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 90
Elm və təhsil naziri...