Bazar ertəsi, 21 İyul, 2025

“14 həftə – Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq”layihəsi uğurla başa çatdı!


  • Dərc edildi: 24 Mart, 2025 - 21:43
“14 həftə – Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq”layihəsi uğurla başa çatdı!

“14 həftə – Təlim nəticələri zəif olan təhsilalanlarla xüsusi proqram əsasında hazırlıq”layihəsi uğurla başa çatdı!

 

Şəki şəhər 8 nömrəli beynəlmiləl tam orta məktəbində Anar Məmmədov tərəfindən icra olunan və Təhsildə inkişaf və İnnovasiyalar üzrə VIII qrant müsabiqəsinin qalibi olan bu layihə çərçivəsində ümumillikdə 120 nəfər V-VII sinif şagirdləri Azərbaycan dili və ingilis dili biliklərini interaktiv şəkildə inkişaf etdirmək imkanı qazanıblar.

Layihə müddətində Azərbaycan Dövlət Pedaqoji Universitetin 10 tələbəsi tərəfindən təşkil olunan 14 həftə 28 dərs saatənda şagirdlər universitet tələbələri tərəfindən mətnləri anlama və analiz etmə, öz fikirlərini yazılı və şifahi şəkildə ifadə etmə kimi bacarıqları inkişaf etdirdilər. Onlar həmçinin məqalə yazma, təqdimat hazırlama, tənqidi oxu və mətn təhlili kimi sahədə mühüm olan vərdişlərə yiyələndilər.

Bundan əlavə, şagirdlər nitqi anlama, müxtəlif aksentlərə uyğunlaşma və sürətli məlumat emal etmə bacarıqlarını inkişaf etdiriblər. Sürətli oxu və effektiv qeyd aparma metodları isə onların böyük həcmli akademik materialları daha tez və səmərəli mənimsəməsinə kömək edib.

Bağlanış tədbirində layihə çərçivəsində iştirak edən universitet tələbələrinə sertifikat təqdim olunub.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3858
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2217
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 202
Bu gündən tələbələri...