Çərşənbə axşamı, 22 İyul, 2025

Çində təhsil üçün sənəd qəbulunun müddəti uzadılıb


  • Dərc edildi: 10 Yanvar, 2022 - 13:31
Çində təhsil üçün sənəd qəbulunun müddəti uzadılıb

Çində təhsil üçün sənəd qəbulunun müddəti uzadılıb

2022-2023-cü tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramları (HTP) ərçivəsində Çində təhsil təqaüd proqramına sənəd qəbulunun müddəti uzadılıb. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, təqaüd proqramına müraciətlərin qəbulu 12 yanvar 2022-ci il saat 12:00-dək davam edəcək. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı yekun qərarın 2022-ci ilin iyul-avqust ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində təhsilə dair əlavə məlumatIarlaelanvasitəsilə tanış ola bilərsiniz. Qeyd edək ki, təqaüd proqramı “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən həyata keçirilir. Proqram hər iki ölkənin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşı ölkənin ali məktəblərində arzu etdikləri ixtisas üzrə təhsil almaq imkanı yaradır.
BİZİ SOSİAL ŞƏBƏKƏLƏRDƏ İZLƏYİN:
FACEBOOK: Edumap.az
İNSTAGRAM: @edumap.az

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4062
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2380
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 209
Bu gündən tələbələri...