Bazar ertəsi, 28 İyul, 2025

İnformasiya Təhlükəsizliyi üzrə 3 aylıq təcrübə proqramı


  • Dərc edildi: 10 Yanvar, 2023 - 10:24
İnformasiya Təhlükəsizliyi üzrə 3 aylıq təcrübə proqramı

Azərbaycanın ən böyük texnoloji şirkətlərindən birində təcrübə keçərək işləmək şansı qazanmaq istəyirsən?

Rəqəmsal məhsulların yaradılması və bu sahədə xidmətlər üzrə ixtisaslaşmış “AzInTelecom” MMC məzunlara İnformasiya Təhlükəsizliyi üzrə 3 aylıq təcrübə və iş imkanları təklif edir.

Müvafiq istiqamət üzrə bakalavr və ya magistr təhsilini bitirmiş şəxslər qeyd olunan proqrama müraciət edə bilərlər.

“AzInTelecom” MMC-də vəzifə tutan peşəkar şəxslər iştirakçılara təlimlər keçəcək, həmçinin, praktiki işin gedişatında mentorluq edəcəklər. Proqrama qəbul edilən şəxslər şirkətin real layihələri üzərində işləyərək böyük təcrübə qazanmış olacaqlar.


Müraciət üçün [email protected] ünvanına CV və proqramda iştirak haqqında motivasiya məktubu göndərmək lazımdır. Müraciət edərkən mövzu bölməsinə mütləq qaydada “Təcrübə proqramı” ifadəsini qeyd edin.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 216
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 805
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 626
Azərbaycan Texnologi...