Bazar ertəsi, 4 Avqust, 2025

Texniki təminat üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 25 Aprel, 2023 - 13:20
Texniki təminat üzrə mütəxəssis vakansiyası

Vəzifə: Texniki təminat üzrə mütəxəssis 

Təsnifatı: Texniki təminat üzrə müdirə hesabat verir, İTV-nin əlaqədar qurumlarından gələn materialların yoxlanaraq qaydalara uyğun sosial mediada yerləşdirilməsini təmin edir. 

Vəzifə öhdəlikləri 

• Anonslara loqo əlavə edib, efir qovluğuna yerləşdirmək və paylaşmaq; 

• Departamentlərdən gələn hazır videoların xronometrajını kəsib paylaşmaq;

 • Redaksiya tərəfindən təklif edilən videoları şöbə müdiri ilə razılaşdıraraq sosial mediada paylaşmaq; 

• Canlı yayımların təşkil edilməsi;

 • İTV-nin sosial media hesablarında yazılan şərhləri nəzərdən keçirmək, onların uyğunluğuna əmin olmaq və Şirkətin standartlarına uyğun olmayanları silmək.

 • Bütün hissə və verilişlərin “Youtube”-da yerləşdirilməsi; 

• Qruplar arasında mətn və yazıların ötürülməsinin təsdiqlənməsi üçün əlaqənin təşkil olunması; 

• Gələn xəbər başlıqlarında olan qrammatik səhvlərin düzəldilməsi; 

• Xüsusi reklam çarxlarının kəsilib hazırlanması; 

• Gecə buraxılışı üçün veriliş və xəbərlərin hazırlanıb yüklənməsi; 

Tələblər: 

• Filologiya yaxud oxşar sahələrdə ali təhsil; 

• Adobe Premier və ya Edius proqramlarının baza bilikləri;

 • Sosial media sahəsində ən azı 1 il iş təcrübəsi; 

Bilik və bacarıqlar:

 • Mükəmməl Azərbaycan dili biliyi;

 • Sosial media platformaları və alətlərindən xəbərdar olmaq.

 Şirkət haqqında İctimai Televiziya və Radio Yayımları Şirkətinin əsas məqsədi Azərbaycan Respublikası əhalisinin sosial, elm, təhsil, mədəniyyət, əyləncə və digər sahələrdəki ümumi maraqlarını təmin etməyə, söz və fikir azadlığını, müxtəlif baxış və əqidələrini əks etdirməyə yönəlmiş doğru məzmunlu informasiyalar hazırlamaq, bu informasiyaları müasir texniki və keyfiyyət standartlarına uyğun şəkildə yayımlamaqdır

Qeyd edilən tələblər sizə uyğundursa, komandamıza qoşulun!
"Texniki təminat üzrə üzrə mütəxəssis" qeyd etməklə CV -nizi [email protected] ünvanına yollaya bilərsiniz.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5650
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1011
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 354
“İnnovativ məktəb” l...