Bazar ertəsi, 21 İyul, 2025

Startap mentoru olmaq istəyənlərə xoş xəbər!


  • Dərc edildi: 2 Oktyabr, 2023 - 13:05
Startap mentoru olmaq istəyənlərə xoş xəbər!

Startap mentoru olmaq istəyənlərə xoş xəbər!

“Viveka Mentorship Program”ının ikinci kohortuna qeydiyyat davam edir!

“PASHA Holding”in sponsorluğu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə Türkiyənin qabaqcıl startap akseleratorlarından biri olan “Viveka” şirkəti tərəfindən həyata keçirilən proqramın əsas məqsədi innovasiya ekosistemində fəaliyyət göstərəcək yüksək səviyyəli mentorlar yetişdirməkdir. Proqram iştirakçıları Türkiyənin ən qabaqcıl mütəxəssislərindən startap mentorluğu sahəsində həm nəzəri, həm də praktik biliklər əldə edəcək və gələcəkdə ekosistemin nüfuzlu bir parçası olmaq fürsəti qazanacaqlar.

Kimlər müraciət edə bilər?

Proqrama Azərbaycanın özəl sektorunda karyerasını davam etdirən və gələcəkdə innovasiya ekosistemində aktiv rol almaq istəyən namizədlər müraciət edə bilərlər. Seçim mərhələlərini uğurla tamamlayan ən uyğun 20 namizəd “Viveka Mentorship Program”da iştirak hüququ əldə edəcək.

Onu da qeyd edək ki, mentorluq təlimləri hibrid formatda (onlayn/oflayn) olacaq və proqramı uğurla bitirən namizədlər sertifikat ilə təmin olunacaqlar.

Son müraciət tarixi: 13 oktyabr, 2023-cü il
Proqram üçün müraciət linki:
https://az-mentor.paperform.co/

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3634
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2052
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 195
Bu gündən tələbələri...