Bazar ertəsi, 9 İyun, 2025

Ali təhsil sənədlərini tanıtmaq istəyənlərin nəzərinə


  • Dərc edildi: 27 Avqust, 2024 - 10:14
Ali təhsil sənədlərini tanıtmaq istəyənlərin nəzərinə

Ali təhsil sənədlərini tanıtmaq istəyənlərin nəzərinə

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 18 avqust 2023-cü il tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na əsasən, xarici ali təhsil sənədlərinin tanınması üçün yeni tələblər müəyyən edilib. 

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Azərbaycan müəllimi"nə bildirilib ki, yeni qaydalara görə, ali təhsil sənədləri (diplom və transkript) “Xarici rəsmi sənədlərin leqallaşdırılması tələbini ləğv edən Konvensiya”nın (Haaqa Konvensiyası) tələblərinə uyğun olaraq, sənədi təqdim edən ölkənin səlahiyyətli qurumu tərəfindən apostil şəhadətnaməsi (möhürü) ilə təsdiq olunmalıdır. 

Konvensiyanın 5-ci maddəsinə əsasən, apostil şəhadətnaməsi sənədi imzalamış səlahiyyətli şəxsin imzasının həqiqiliyini, həmin şəxsin hansı vəzifədə olduğunu və sənədə vurulmuş möhürün və ya ştampın həqiqiliyini təsdiq edir. 

Apostil şəhadətnaməsi sənədin yalnız əslinə vurulmalı və sənədi imzalamış yüksək səlahiyyətli şəxsin imzası təsdiq olunmalıdır. Notarial qaydada təsdiq olunmuş nüsxələrə vurulmuş apostil şəhadətnaməsi isə qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qəbul edilmir. 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 163
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 356
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 96
Elm və təhsil naziri...