Çərşənbə, 4 İyun, 2025

Müştəri Meneceri, Korporativ Müştərilər üzrə vakansiya


  • Dərc edildi: 19 Avqust, 2023 - 13:14
Müştəri Meneceri, Korporativ Müştərilər üzrə vakansiya

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, potensial namizədləri Müştəri Meneceri, Korporativ Müştərilər üzrə vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə öhdəlikləri:
Məhsulların satışından, gəlirlikdən və müştəri məmnunluğunun artırılması nəticəsində portfelin böyüməsini təmin etmək;
Müştəri əlaqələrinin genişləndirilməsi və mövcud portfelin optimal şəkildə saxlanması, yeni bizneslərin cəlb edilməsi;
Müştəri ilə əməkdaşlıq səviyyəsinin və şirkət payının artırılması;
Portfeldə olan mövcud müştərilərlə yüksək səviyyədə münasibətlərin qurulması;
Şirkət brendini və nüfuzunu artırmaq üçün müxtəlif tədbirlərdə iştirak etmək;
Müştəri sorğularının vaxtlı-vaxtında, düzgün və keyfiyyətli icrası üçün lazım olunan tədbirlər görmək;
Şirkətin və müştərilərin məlumatlarının məxfiliyinin qorunmasını təmin etmək;
Müştəri kredit və ya digər şirkət məhsulu üzrə müraciət etdiyi halda onun biznesinin ilkin maliyyə təhlilini aparıb, qaydalara və qanunvericiliyə uyğun olaraq təkliflərin hazırlanması;
İş prose

sində yaranan risk faktorlarını vaxtında müəyyənləşdirib, lazımi addımları atmaq;
Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqları icra etmək.


Namizədlərə əsas tələblər:
Maliyyə, İqtisadiyyat üzrə ali təhsil;
Sahə üzrə ən azı 2-3 il iş təcrübəsi (investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur);
İnvestisiya şirkəti fəaliyyətinə dair biliklər;
Lisenziya / Sertifikat: CFA (1 və ya 2 dərəcə);
Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
MS Office istifadə bacarığı;
Bazar üzrə biliklər: Maliyyə və Kapital bazarları;
Diplomatik ünsiyyətə sahib olmaq;
Zamanın səmərəli və effektiv idarəedilməsi;
Güclü təşkilatçılıq və eyni zamanda bir neçə tapşırığın icra edilməsi.


Maraqlanan şəxslər elektron məktub başlığında “Müştəri Meneceri, Korporativ Müştərilər üzrə” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...