Cümə, 6 İyun, 2025

Təlim və inkişaf üzrə baş mütəxəssis vakansiyası


  • Dərc edildi: 25 Fevral, 2025 - 18:56
Təlim və inkişaf üzrə baş mütəxəssis vakansiyası

Təlim və inkişaf üzrə baş mütəxəssis vakansiyası

 

Müəssisə:  AL MARKET MMC

 

Vəzifəyə tələblər:

 

  • Ali təhsilli (İnsan Resurslarının İdarəolunması, Sosial Elmlər, Biznes İdarəçiliyi və s. ixtisaslar) olmalı;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Yaxşı səviyyədə ingilis və ya rus dili biliyi;
  • MS Office proqramlarından yaxşı səviyyədə istifadə etmək bacarığı;
  • Kommunikasiya və təqdimat bacarıqları;
  • İnsan resurslarının idarə edilməsi üzrə nəzəri biliklər;



Vəzifə öhdəlikləri:

 

  • Təlim ehtiyaclarının monitorinq edilməsi və müəyyənləşdirilməsi;
  • Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq təlim fəaliyyətlərini planlaşdırmaq və aparmaq;
  • Təlim, ixtisasartırma, yenidən hazırlanma, peşə hazırlığı və sertifikasiya proqramları ilə bağlı modeli hazırlamaq, təşkil və tətbiq edilməsi prosesində iştirak etmək;
  • Daxili təlimçilərin hazırlanması və təlim proseslərinə cəlb olunması məqsədilə struktur vahidlərinin rəhbərləri ilə danışıqlar aparılmasını təşkil etmək;
  • Cəmiyyətin əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə təlimləri təşkil etmək;
  • İllik təlim planına uyğun olaraq təlimlərin keçirilməsi qrafikinin hazırlanmasında iştirak etmək;
  • Kənar vendorların seçilməsi məqsədilə görüşlər təşkil etmək;
  • Kənar vendor şirkətlərlə müqavilələrin müvafiq qaydada imzalanması məqsədilə verilmiş tapşırıqları icra etmək;
  • İllik təlim büdcəsinin formalaşdırlması ilə bağlı müvafiq tapşırıqları icra etmək;
  • Təlim xərclərinin illik təlim büdcəsi çərçivəsində aparılmasını təşkil etmək;
  • Şöbədaxili hesabatları hazırlamaq, aidiyyəti üzrə təqdim etmək;
  • İnsan resurslarının idarə edilməsi proseslərinin avtomatlaşdırılması, bununla bağlı zəruri texniki platformanın hazırlanmasını təşkil etmək ilə bağlı təkliflər vermək;

 

 İş vaxtının norması:

  • 5 günlük iş rejimi.
  • İstirahət günü: Şənbə və Bazar günü.
  • Nahar şirkət tərəfindən təmin edilir.

 

Ünvan:  Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilərsiniz. Email-in mövzu hissəsində “Təlim və inkişaf üzrə baş mütəxəssis” qeyd etməyiniz xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 80
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 76
Elm və təhsil naziri...