Çərşənbə, 6 Avqust, 2025

Daxili nəzarət bölməsinin baş mütəxəssisi vakansiyası


  • Dərc edildi: 6 Dekabr, 2022 - 17:11
Daxili nəzarət bölməsinin baş mütəxəssisi vakansiyası

PAŞA Kapital İnvestisiya Şirkəti QSC potensial namizədləri Daxili nəzarət bölməsinin baş mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və öhdəliklər:
Qanunvericiliklə investisiya şirkəti fəaliyyəti üçün müəyyən edilmiş davamlı kapital tələblərinə riayət olunmasına təsir edə biləcək risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi;
Əsas və yardımçı investisiya xidmətlərini əhatə edən daxili qayda və prosedurların hazırlanması;
Şirkətin əməkdaşlarına keçirilən əməliyyatların Azərbaycan Respublikasının Qanunlarına uyğunluğu ilə bağlı məsləhətlərin verilməsi;
Mühasibat və hesabatlıq sistemlərinin qiymətləndirilməsi;
Sorğuların cavablandırılması;
Vəzifə öhdəliklərindən irəli gələn digər funksiyaların icra edilməsi.

Tələblər:
Maliyyə, iqtisadiyyat və ya hüquq üzrə ali təhsil;
Nəzarət sahəsində ən azı 2 il, investisiya xidmətləri sektoru üzrə əldə olunmuş sahə təcrübəsi üstünlük hesab olunur;
Qiymətli kağızlar bazarı üzrə qanunvericilik haqqında dərin biliklər;
İnvestisiya şirkəti fəaliyyətinə dair prudensial tələblər barədə dərin biliklər;
Azərbaycan, Rus və İngilis dillərində sərbəst iş aparmaq qabiliyyəti: o cümlədən peşəkar iş ünsiyyəti, sənədləşmə və yazışmaların aparılması;
MS Office və layihə idarəçiliyi proqramlarından peşəkar səviyyədə istifadə bacarığı;
Məsuliyyətlik, operativlik və qərarvermə qabiliyyəti.

Maraqlanan namizədlər elektron məktub başlığında “Daxili nəzarət bölməsinin baş mütəxəssisi” qeyd etməklə öz CV-lərini [email protected] ünvanına göndərə bilərlər.

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5806
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1081
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 393
“İnnovativ məktəb” l...