Cümə, 6 İyun, 2025

Bakı Ali Neft Məktəbində Yaponiya şirkətinin təlimləri yekunlaşıb


  • Dərc edildi: 8 Yanvar, 2024 - 11:57
Bakı Ali Neft Məktəbində Yaponiya şirkətinin təlimləri yekunlaşıb

Bakı Ali Neft Məktəbində Yaponiya şirkətinin təlimləri yekunlaşıb

 

SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Yaponiyanın INPEX şirkəti tərəfindən keçirilən təlimlər başa çatıb və iştirakçılara sertifikatlar təqdim olunub. 

 

SOCAR və INPEX şirkəti arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində keçirilən təlimlər  “Geostatistik Modelləşmə” və “Kompozit Lay Simulyasiyası” mövzularını əhatə edib. “Geostatistik Modelləşmə” təliminə 19 nəfər, “Kompozit Lay Simulyasiyası” təliminə 7 nəfər olmaqla, ümumilikdə təlimlərə SOCAR-ın 26 əməkdaşı qatılıb. Həmçinin hər iki təlimdə INPEX şirkətinin 7 nümayəndəsi təlimçi və təşkilatçı olaraq iştirak edib.

 

Sertifikatların təqdim olunma tədbirində çıxış edən Bakı Ali Neft Məktəbinin Tədris və elmi işlər üzrə prorektoru Sevda Zərgərova təlimlərin əhəmiyyətini vurğulayaraq bu təlimlərin iştirakçılar üçün faydalı olduğuna, onların burada öyrəndikləri bilikləri uğurla tətbiq edəcəklərinə əminliyini ifadə edib.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 75
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 268
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 75
Elm və təhsil naziri...