“Fövqəladə Hallar Könüllüləri” proqramına qoşulmaq istəyənlər (təhsil səviyyəsindən asılı olmayaraq, 18-35 yaş arası gənclər) avqustun 31-dək verilmiş linkdə: http://www.fh.konullu.az/ qeydiyyatdan keçə bilərsiniz.
Qeydiyyat və müsahibə mərhələlərini uğurla keçmiş iştirakçılar nəzəri və praktiki biliklər qazanmaq üçün FHN-nin mütəxəssisləri tərəfindən:
1. Yanğın Təhlükəsizliyi;
2. Mülki Müdafiə;
3. Axtarış Xilasetmə işi;
4. İlk Yardım;
5. İlkin Psixoloji Yardım;
6. Su Hövzələrində Təhlükəsizlik;
7. Fövqəladə Hallar zamanı davranış qaydaları və digər sahələr üzrə təlimlərə cəlb olunacaqlar.
* QEYD: Proqramını uğurla keçən könüllülərə FHN tərəfindən sertifikat təqdim olunacaq.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb