Bazar, 8 İyun, 2025

"Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis" vakansiyası


  • Dərc edildi: 11 İyun, 2024 - 19:18
"Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis" vakansiyası

Hazırda Kristal Abşeron şirkətində "Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis" vakansiyası aktivdir.



Tələblər:
-Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
-Sahə üzrə ən azı 2 il iş təcrübəsi;
-F3 sertifikatı;
-Mühasibatlıq bilikləri;
-Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
-Komandada işləmək bacarığı.

Vəzifə öhdəlikləri:
-Tədarükçülər və müştərilərlə daimi üzləşmələrin aparılması və bununla bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, müvafiq aktların bağlanılması və ümumi təhlilin aparılması;
-Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
-Proseslərin və xərclərin optimallaşdırılması;
-Avans hesablarının gündəlik izlənilməsi, xərc və gəlirlərin düzgün uçotunun aparılmasına və balansa nəzarət;
-Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatl

ar zamanı yaranan problemləri həll etmək;
-Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
-Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
-Maliyyə hesabatlarının hazırlanması;
-Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmaların aparılması.

İş şəraiti:
5 günlük iş qrafiki;
İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla "[email protected]" elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 138
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 310
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 86
Elm və təhsil naziri...