Bazar, 8 İyun, 2025

Əmək yarmarkaları keçiriləcək


  • Dərc edildi: 15 Sentyabr, 2022 - 15:59
Əmək yarmarkaları keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

Dövlət Məşğulluq Agentliyinin Quba-Xaçmaz Regional Məşğulluq filalının dəstəyi ilə Xaçmaz Olimpiya İdman Kompleksində və Bakı Regional Məşğulluq filialının dəstəyi ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində əmək yarmarkası keçiriləcək.

 Tədbirdə Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən şəhərləri üzrə 41 müəssisə tərəfindən 750-dək vakansiyanın əmək yarmarkasına çıxarılması nəzərdə tutulub.

“OBA Market” MMC-də qeyd olunan vakansiyalar üzrə işə qəbul olunmaq istəyən şəxslər isə göstərilən tarixdə müvafiq ünvana yaxınlaşa bilərlər.

 Yarmarkaya gələn namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əgər CV-niz yoxdursa

, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaqdır.

 Yarmarka keçiriləcək ünvan və tarix:

Xaçmaz şəhəri, Bakı prospekti 83 (Xaçmaz Olimpiya İdman Kompleksi)

 20 sentyabr, 2022

 11:00 – 14:00

Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 37a

 23 sentyabr, 2022

 10:00 – 13:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 135
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...