Bazar, 8 İyun, 2025

Məlumat mərkəzi, kiçik mütəxəssis vakansiyası


  • Dərc edildi: 26 Dekabr, 2022 - 13:34
Məlumat mərkəzi, kiçik mütəxəssis vakansiyası

Məlumat mərkəzi, kiçik mütəxəssis

 

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Məlumat mərkəzi, kiçik mütəxəssis” vakansiyasını elan edirik. Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Məlumat Mərkəzi” qeyd etməklə öz CVlərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Vəzifə öhdəlikləri:

  • Müştərilər tərəfindən daxil olan zənglərin cavablandırılması;
  • Sosial şəbəkələr, rəsmi səhifə vasitəsi ilə müştərilər tərəfindən daxil olan müraciətlərin cavablandırılması;
  • Müştərilərə yüksək səviyyədə xidmətin göstərilməsi;
  • Müraciətlərin qeydə alınması və müvafiq şöbələrə yönləndirilməsi;
  • Daxil olan zəng zamanı satışın edilməsi və təyin olunmuş hədəflərə çatmaq;
  • Aylıq hesabatların hazırlanması;
  • Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək.
     

Tələblər:

  • Ali təhsil;
  • Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili arzuolunandır;
  • Word və Excel proqramlarından istifadə bacarığı;
  • Xidmət yönümlülük, yaradıcılıq və işdə operativlik;
  • Komanda ilə işləmək bacarığı;
  • Ünsiyyətcil və təmkinlə xidmət göstərmək bacarığı;
  • İşində qarşılaşdığı çətinliklərə operativ həll tapma bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 135
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...