Bazar, 20 İyul, 2025

Biznes kreditlərinin təhlili üzrə təcrübə proqramı


  • Dərc edildi: 8 May, 2025 - 22:40
Biznes kreditlərinin təhlili üzrə təcrübə proqramı

Biznes kreditlərinin təhlili üzrə təcrübə proqramı

 

İş haqqında

ABB – dən iş təcrübəsi olmayan gənclər üçün əla fürsət!

Bankımız “Biznes kreditlərinin təhlili üzrə təcrübə proqramı”nı elan edir!

Gənclərin inkişafına xüsusi diqqət göstərən Bankımız ali təhsilini yeni bitirmiş gənclərə uğurlu karyera imkanları yaradır. Belə ki, onlar “Biznes kreditlərinin təhlili üzrə təcrübə proqramı” nda iştirak edərək ABB-də təcrübə qazanma fürsəti əldə edəcəklər.


Namizədlər aşağıda sadalanan keyfiyyətlərə malik olmalıdırlar:

  • Bakalavrın sonuncu ili və ya magistraturada təhsil alan tələbələr və yeni məzunlar (İqtisadiyyat, Biznesin idarəedilməsi, Maliyyə, Mühasibatlıq və audit ixtisası üzrə təhsil almış tələbələrə üstünlük verilir)
  • Maliyyə hesabatları və hesabatların təhlili üzrə nəzəri biliklər;
  • ACCA, CFA, FMVA üzrə ümumi biliklər;
  • Azərbaycan və ingilis dillərinin mükəmməl biliyi, rus dilinin biliyi arzuolunandır;
  • MS Excel/Word/PowerPoint proqramlarında işləmək qabilliyəti,
  • Təqdimat, kommunikasiya və analitik bacarıqlar.

Öyrənə biləcək işlər:

  • Maliyyə hesabatlarının təhlil olunması prosesinin öyrənilməsi;
  • Şirkətlərin biznes fəaliyyətlərinin təhlil olunması prosesinin öyrənilməsi;
  • SWOT, PORTER, Peer analizlərinin aparılması prosesinin öyrənilməsi.

Hədəfimiz 3 ay ərzində gənclərimizə şəxsi inkişaf məqsədlərinə çatmağa və gələcək karyera imkanlarını genişləndirməyə kömək etməkdir.

Qeyd: Təcrübə proqramını uğurla başa vuran gənclər iş ilə təmin olunacaqlar.

Göstərilən tələblərə cavab verən namizədlər ABB - Müasir, Faydalı, Universal saytında qeydiyyatdan keçərək təcrübə proqramına müraciət edə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3195
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1649
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 185
Bu gündən tələbələri...