Şənbə, 7 İyun, 2025

“Startup School - 2” layihəsinə sənəd qəbulu başlayır


  • Dərc edildi: 30 Dekabr, 2023 - 13:02
“Startup School - 2” layihəsinə sənəd qəbulu başlayır

“Startup School - 2” layihəsinə sənəd qəbulu başlayır.

 

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu “Enterprise Azerbaijan” portalı ABŞ-ın Nevada Universiteti və Almaniyanın Süni İntellekt Araşdırma Mərkəzi ilə birgə “AI for Karabakh” (Qarabağ üçün süni intellekt) devizi ilə “Startup School 2” layihəsinə start verir. 

Startaplara təqdim edilən imkanlar: 

  • ABŞ, İngiltərə, Türkiyə, Rusiya və Azərbaycandan olan mentorlar tərəfindən təlim;
  • Kursu bitirən bütün startaplara beynəlxaq səviyyəli sertifikat;
  • I yerin qalibinə ABŞ-da I2B treninqdə iştirak imkanı;  
  • I, II və III yerlərin qaliblərinə Dövlət Məşğulluq Agentliyi tərəfindən dəstək; 
  • 6 layihəyə Türkiyədə OSTİM Texnologiya Mərkəzində praktiki təlimlərdə iştirak imkanı; 
  • 6 layihəyə SABAH.HUB-ın mentorluq proqramında iştirak imkanı; 
  • Seçiləcək layihələrin “Startap şəhadətnaməsi” üçün müraciətinə KOBİA tərəfindən sürətləndirilmiş dəstəyin göstərilməsi.

Layihəyə 1 fevral 2024-cü il tarixindən hər hansı ali təhsil müəssisəsini təmsil edən, süni intellekt ilə bağlı layihəsi və ya ideyası olan hər kəs (fərdi və ya komanda şəklində) müraciət edə bilər. Nəzərinizə çatdırırıq ki, tədris ingilis dilindədir. 

Daha ətraflı məlumat və qeydiyyat üçün www.startupschool.az və ya https://enterpriseazerbaijan.gov.az/ saytlarına daxil olun. 

 

LAYİHƏLƏRİNİZİ BİZİMLƏ BİZNESƏ ÇEVİRİN!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 123
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...