Cümə axşamı, 7 Avqust, 2025

Tələbə Təlimçi olmaq istəyənlər üçün "Bir Gələcək" layihəsi başlayır


  • Dərc edildi: 3 Noyabr, 2022 - 15:29
Tələbə Təlimçi olmaq istəyənlər üçün "Bir Gələcək" layihəsi başlayır

Tələbə Təlimçi olmaq istəyənlər üçün "Bir Gələcək" layihəsi başlayır.

 

Tələbə Təlimçi olmaq istəyirsən? Öz bilik və bacarıqlarını, nailiyyətlərini, uğur hekayəni məzun olduğun və eləcə də digər orta məktəblərin 8, 9, 10-cu siniflərdə təhsil alan şagirdlərlə paylaşmaq imkanı qazanmaq istəyərdin?

Elə isə "Bir Gələcək" layihəsi Səni bu hədəfinə daha yaxın edəcək.

Görüşlər ərzində şagirdlərə mentorluq edərək onların ixtisas və ya peşə seçimləri ilə bağlı suallarını cavablandıracaq və onları maraqları üzrə düzgün sahəyə yönəlmələri üçün dəstək göstərəcəksiniz.

Məqsəd:

Şagirdlərin hərtərəfli inkişafı üçün daha əlverişli şəraitə və cəmiyyətin həyatında onların fəal iştirakına stimul yaratmaq;

Gənclərin öz şəxsi inkişaf yollarını aydınlaşdırmaq və fərdi inkişaf istiqamətlərini analiz etmək bacarıqlarına kömək olmaq;

Şagirdlərin özünün və peşə ilə bağlı ehtiyaclarını müəyyən etmələrinə və gələcək karyera qurmalarına dəstək olmaq;

Gənclərin fərdi keyfiyyətlərinə uyğun uğurlu karyeranın başlanğıcı olan ali təhsilin stimullaşdırılması və düzgün ixtisas seçiminə istiqamətləndirmək.

Qeydiyyat linki: https://forms.gle/JRKfM7GrYTFLcSKh7

Son müraciət tarixi: 10 noyabr, 2022-ci il

 

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5939
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1156
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 422
“İnnovativ məktəb” l...