Çərşənbə axşamı, 22 İyul, 2025

İnsan resursları üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 29 Sentyabr, 2023 - 11:17
İnsan resursları üzrə mütəxəssis vakansiyası

İnsan Resursları komandamıza iş yoldaşı axtarırıq! 

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR: 
 
Ali təhsil;
Müvafiq sahə üzrə 2 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst danışıq bacarığı, rus və ingilis dilini bilmək üstünlükdür;
MS Office (MS Word, MS Excel, Outlook) proqramları üzrə biliklər;
Komandada işləmək və fəal ünsiyyət qurmaq bacarığı;
Təşəbbüskar, diqqətli və məsuliyyətli olmaq.
 
İŞİN TƏSVİRİ:
 
Bankın struktur bölmələri üzrə əməkdaşların təlim və inkişaf ehtiyaclarının öyrənilməsini həyata keçirir (müxtəlif sorğular, təhlil və s.) və bu istiqamətdə onlarla sıx əməkdaşlıq edir;
İllik təlim-tədris proqramınn tərtib edilməsini, təlimlərin təşkilini və keçirilməsini təmin edir;
Bankın əməkdaşlarının xarici və ölkədaxili təlimlərdə, konfranslarda, seminarlarda və müxtəlif tədbirlərdə iştirakını təşkil edir, təlim mərkəzləri ilə müqavilələrin imzalanmasını təmin edir;
Yeni əməkdaşların adaptasiyası proqramı çərçivəsində qısamüddətli təlimlərin keçirilməsini təmin edir;
Açıq vakansiyalar haqqında məlumatın bankın saytında və müxtəlif internet saytlarında yerləşdirilməsini və onlarla ilkin müqavilələrin hazırlanmasını təmin edir;
Müxtəlif dövlət və özəl qurumlar tərəfindən keçirilən əmək sərgilərində bankı təmsil edir, həmçinin, kadr ehtiyatının yaradılması məqsədilə Universitetlərlə əməkdaşlıq proqramlarının həyata keçirilməsində iştirak edir;
İnsan Resursları üzrə hesabatların hazırlanması və avtomatlaşdırılmasına (təlim hesabatları, işçi məmnuniyyəti sorğusu, davamiyyət cədvəli və s.) dəstək olur.

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

Əgər siz də bizim komandanın üzvü olmaq istəyirsinizsə, CV-ləri mövzu sətrində “İnsan resursları üzrə mütəxəssis” qeydi edərək [email protected] elektron ünvanına göndərməyini xahiş edirik.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4046
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2372
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 209
Bu gündən tələbələri...