Bazar, 8 İyun, 2025

TKTA Analitik təhlil şöbəsinin aparıcı məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir


  • Dərc edildi: 16 Fevral, 2024 - 21:41
TKTA Analitik təhlil şöbəsinin aparıcı məsləhətçisi vəzifəsi üzrə vakansiya elan edir

Vəzifə öhdəlikləri:

1. Təhsil müəssisələrinin fəaliyyətinə dair məlumatların toplanılmasını və onların təhlili üçün yararlı hala gətirilməsinin həyata keçirilməsi;

2. Keyfiyyət təminatı sahəsində qabaqcıl beynəlxalq təcrübənin araşdırılması və bunun əsasında şöbənin fəaliyyət istiqamətinə uyğun, yerli kontekst nəzərə alınaraq təkliflərin verilməsi;

3. Akkreditasiya prosesinin yekununda təhsil müəssisələrinin fəaliyyət və göstəricilərinə dair tematik hesabatların hazırlanması və müvafiq təkliflərin verilməsi;  

4. Ali təhsil müəssisələrinin (ATM) akkreditasiya prosesinin yekununda ATM-in fəaliyyətinin monitorinqinin və analitik təhlilinin effektiv şəkildə təşkil edilməsi prosesində iştirak,

5. Bir sıra strateji sənədlərin və fəaliyyət planlarının hazırlanması, eləcə də icrasına nəzarət edilməsi;

6. Vəzifə öhdəliklərindən irəli gələn digər fəaliyyətlərin həyata keçirilməsi.

 

Tələblər:

  1. Tam ali təhsil (İT, kompüter elmləri, təhsilin idarə olunması  və oxşar sahələr üzrə magistratura məzunu olmaq);
  2. Minimum 2 il iş təcrübəsi (ali təhsil sahəsində ən az 1 il olmaqla);
  3. MS Office proqram biliyi (beynəlxalq sertifikatların olması arzuolunandır);
  4. Statistik alətlərdən hər hansı biri üzrə bilik və təcrübə (“Python”, “R”, Stata);
  5. Power Bİ və ya Tableau proqramlarından biri üzrə biliklər;
  6. Məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər;
  7. Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti;
  8. Texniki ingilis dili biliyi;
  9. Beynəlxalq təcrübəni öyrənmək, təhlil etmək və tətbiq etmək bacarığı;
  10. Monitorinq və qiymətləndirmə bacarığı.

 

İş qrafiki: bazar ertəsi-cümə, saat 09:00-18:00

Son müraciət tarixi: 03.03.2024-cü il

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə vəzifənin adını qeyd etməklə göndərə bilərlər.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 134
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 308
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...