Bazar, 27 İyul, 2025

Müştəri xidmətləri üzrə mütəxəssisi vakansiyası


  • Dərc edildi: 2 Aprel, 2024 - 12:07
Müştəri xidmətləri üzrə mütəxəssisi vakansiyası

Biz “PizzaMizza”MMC-yə  Müştəri xidmətləri üzrə mütəxəssisi axtarışındayıq.
 "Pizza Mizza" restoranlar şəbəkəsinin yaranma ideyası 2000-ci ilə təsadüf edir. "Pizza Mizza" nazik xəmirdə Alman keyfiyyətinə əsasən hazırlanan pizza deməkdir. Reseptləri unikaldır və inqrediyentləri isə ideal şəkildə uyğunlaşdırılmışdır. Hazırlıq zamanı yalnız yüksək keyfiyyətli avropa məhsullarından istifadə olunur. Yeməklərin hazırlanması prosesinə xüsusi şəkildə nəzarət olunur. Pizza Mizza yalnız alman dəqiqliyi deyil, o eyni zamanda kulinariyaya özəl italyansayağı yanaşmadır. İlk "Pizza Mizza" şöbəsinin açılışı 6 may 2014-cü ildə baş tutmuşdur.

Tələblər:
•        Ali təhsil
•        Müştəri xidmətlərində və ya müştəri sorğuları ilə iş üzrə minimum 1 il təcrübə
•        MS Office, xüsusən Excel ilə yüksək səviyyədə işləmək bacarığı olmalıdır
•        Dil bilikləri: mütləq səlis azərbaycan dili və rus dili səlis danışıq
•        Komandada işləmək bacarığı
•        Punktual, çevik, məsuliyyətli, detallara diqqətli
 
Vəzifələr:
•        Gündəlik olaraq, danışıq etikasına əsasən müştərilərlə əlaqə saxlanılması
•        Müştərilərdən daxil olan bütün rəy və sorğularla işin aparılması
•        Filiallar ilə əməliyyat bölməsi arasında koordinasiya işinin aparılması
•        Tərəfdaş şəbəkəsi ilə kommunikasiyanın aparılması
•        Tələb olunan hesabatların hazırlanması və rəhbərliyə məlumat verilməsi
•        Müştəri məmnuniyyəti üçün çalışmaq
 
İş şəraiti:
- Gənc və mehriban kollektivdə iş
- İş vaxtı 6 günlük
- Nahar şirkət tərəfindən aylıq ödənilir.
 
Maraqlananlar CV-lərini “Müştəri xidmətləri üzrə mütəxəssis” başlığı altında [email protected] elektron ünvanına göndərə bilərlər.  

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 210
“İnnovativ məktəb” l...
Tələbələrin təqaüdü artırıldı - Sərəncam
24 İyul, 2025 - 15:07 801
Tələbələrin təqaüdü ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 611
Azərbaycan Texnologi...