Çərşənbə, 23 İyul, 2025

“Rabitəbank” ASC Bakı filiallarına Müştəri xidməti təmsilçisi üzrə işə qəbul elan edir


  • Dərc edildi: 13 Aprel, 2023 - 11:18
“Rabitəbank” ASC Bakı filiallarına  Müştəri xidməti təmsilçisi üzrə işə qəbul elan edir

“Rabitəbank” ASC Bakı filiallarına  Müştəri xidməti təmsilçisi üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Müştəri xidməti strukturlarına müxtəlif sorğularla müraciət edən müştərilərin qarşılanması;
  • Müştərilərin müraciətlərinə əsasən müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Elektron növbə sistemi üzrə müştərilərin müvafiq şöbələr üzrə yönləndirilməsi;
  • Ödəniş terminallarından istifadə qaydaları haqqında məlumatların verilməsi.

Namizədə olan tələblər:

  • Ali təhsil;
  • Azərbaycan və Rus dillərində sərbəst danışmaq bacarığı İngilis dili arzu olunandır;
  • MS Office proqramları üzrə biliklər;
  • Fərdi və komanda şəklində işləyə bilmək bacarığı;
  • Yüksək kommunikasiya və müştəri yönümlülük;
  • Məsuliyyətlilik və düzgünlük qabiliyyəti;
  • Dəqiqlik və detallara qarşı diqqətli olmaq qabiliyyəti;
  • Operativlik və problemləri həll etmək qabiliyyəti.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində  “Müştəri xidməti təmsilçisi  yazaraq göndərə bilərlər. 

Nəzərinizə çatdırım ki, növbəti mərhələdə vakansiya üzrə yalnız səriştələri uyğun olan namizədlər seçilib, dəvət olunacaqdırlar.

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 162
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 98
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4337
Sumqayıt Dövlət Univ...