Çərşənbə axşamı, 5 Avqust, 2025

Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq


  • Dərc edildi: 22 Sentyabr, 2023 - 12:07
Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq

Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq

 

Sentyabrın 30-da YARAT Müasir İncəsənət Mərkəzində tanınmış hərbi diktor Şəmistan Əlizamanlı ilə gənclərin görüşü baş tutacaq.

Edumap.az xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “MədəniyyətimİZ” layihəsi çərçivəsində keçiriləcək. Görüşdə hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı Azərbaycan gəncliyinin vətənpərvər ruhda yetişməsi kontekstində peşəkar musiqi sənətimizin təbliği, eləcə də, hərbi mövzuda yazılan musiqi əsərlərinin, opera və teatr tamaşalarının rolu istiqamətində yaradıcı sənayenin inkişafından bəhs edəcək.

Tədbir müddətində həmçinin “Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi və milli ideologiya”, “Hərbi-vətənpərvər nəğmələrin təbliği və gənclərin tərbiyəsindəki rolu” və “Şanlı Azərbaycan ordusu: dünənimiz, bugünümüz, sabahımız” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirin bədii hissəsində Şəmistan Əlizamanlının ifasında ən sevilən nəğmələr, həmçinin gənc musiqiçilərin ifasında hərbi vətənpərvərlik mahnıları təqdim ediləcəkdir.

Qeyd edək ki, “MədəniyyətimİZ” layihəsinin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, habelə ölkə mədəniyyətinin inkişafı istiqamətində gənclərin iştirakçılığını artırmaqdır.

Görüşdə iştirak etmək istəyən gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://shorturl.at/lsA04

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 5677
Sumqayıt Dövlət Univ...
Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
01 Avqust, 2025 - 05:30 1024
Azərbaycan Texnologi...
“İnnovativ məktəb” layihəsi üçün məktəblərin seçim mərhələsi açıq elan edilir!
24 İyul, 2025 - 23:35 364
“İnnovativ məktəb” l...