Bazar ertəsi, 2 İyun, 2025

Abituriyentlər üçün tam fərqli İnformatika kitabı


  • Dərc edildi: 14 Dekabr, 2022 - 19:31
Abituriyentlər üçün tam fərqli İnformatika kitabı

Abituriyentlər üçün tam fərqli İnformatika kitabı - Qeyri-adi metodlarla dərs-vəsaiti 
Bələdçi Tədris Mərkəzinin  məhsulu olan    “İnformatika bələdçisi” kitablar toplusu çapdan çıxıb.
Özündə bir neçə yeniliyi və abituriyentlər üçün çox vacib məqamları əks etdirən toplu bir neçə cilddən ibarətdir.

 

Toplunun abituriyentlərin ali məktəblərə hazırlığı üçün nəzərdə tutulan birinci cildi Dövlət İmtahan Mərkəzinin İnformatika fənni ilə bağlı hazırladığı qəbul proqramına tam uyğun şəkildə hazırlanıb və nəzəri müddəaları əks etdirir.


“İnformatika bələdçisi”nin əsas özəlliyi isə kitabda hər mövzudan sonra qavramanı daha da yaxşılaşdırmaq və sadələşdirməkdən ötrü xüsusi QR-kodların olmasıdır. Bu QR-kodlar vasitəsilə abituriyent oxuduğu mövzunun yenidən video izahına tam şəkildə baxa və predmeti daha praktiki və anlayışlı formada mənimsəyə bilər. Qeyd edək ki, bu üsul təkcə informatika deyil, bütün fənlər üzrə hazırlıq materialları arasında bir ilkdir.

 

 

Müəlliflər heyəti kitabda abituriyentlər üçün hava-su kimi gərəkli sayılacaq, öyrənmələrini  xeyli asanlaşdıracaq xüsusi illüstrasiya və qrafiklər, sxem və diaqramlardan da istifadə ediblər. Bu metod həm kitab üzərindən sərbəst öyrənmə, həm də QR-kod vasitəsilə videoları izləmə zamanı abituriyentlərə xeyli yardımçı olacaqdır.
İkinci cildi isə sırf test materiallarından ibarətdir. “Testlər” adlanan cild də abituriyentlər üçün nəzərdə tutulub.
Abituriyentlər üçün hava-su kimi zəruri olan, məhdud sayda çap edilən kitabı əldə etmək istəyən bu nömrələrlə əlaqə saxlaya bilər. Qeyd edək ki, kitabın qiyməti 15 AZN-dir.
Əlaqə nömrələri:
070-213-33-33

 

Kitabın müəllifi ilə linkdən tanış ola bilərsiniz: LİNK

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 13
Elm və təhsil naziri...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 12:30 76
Qarabağ Universiteti...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 140
Lisey və gimnaziyala...