Çərşənbə, 4 İyun, 2025

Korporativ satış üzrə mütəxəssis vakansiyası


  • Dərc edildi: 2 May, 2025 - 13:22
Korporativ satış üzrə mütəxəssis vakansiyası

Böyüyən və inkişaf edən komandamızın üzvü ol!
Vəzifə: Korporativ satış üzrə mütəxəssis
 


Namizədə dair gözləntilər və xüsusi tələblər:


Ali təhsil (iqtisadiyyat, biznes, maliyyə və ya əlaqədar sahə üzrə);
Sığorta sahəsində və/və ya korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dili səlis, rus və ingilis dili bilikləri üstünlükdür;
Sığorta məhsulları və xidmətləri barədə biliklərin olması üstünlükdür (həyat və qeyri-həyat sığortası məhsulları);
Korporativ müştəri ehtiyaclarını müəyyən etmə və uyğun məhsul seçmə bacarığı;
Bazar araşdırması və potensial müştəri axtarışı üsullarını bilməli;
Satış texnikaları və danışıqlar aparmaq metodları üzrə biliklər;
Müqavilə şərtlərinin hazırlanması və təqdimatı qaydaları bilikləri;
Yüksək kommunikasiya, təqdimat və nəticə yönümlü iş bacarığı;
Müştəri yönümlü düşüncə və komanda ilə işləmək qabiliyyəti;
Müştəri münasibətlərinin idarə olunması prinsipləri (CRM əsasları).



Vəzifə öhdəlikləri:



Korporativ müştərilərə sığorta məhsullarının təqdimatı və satışı;
Yeni korporativ müştəri bazasının qurulması və mövcud portfelin inkişafı;
Müştəri ehtiyaclarının təhlili və uyğun sığorta həllərinin hazırlanması;
Sığorta müqavilələrinin bağlanması zamanı və satış sonrası dəstəyin göstərilməsi;
Satış hədəflərinin yerinə yetirilməsi və nəticələrin mütəmadi hesabatlaşdırılması;
Bazar trendlərinin izlənilməsi və satış imkanlarının artırılması üzrə təkliflərin verilməsi;
Şirkətin satış və marketinq tədbirlərində aktiv iştirak.



Əlavə məlumat:



İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
İş yeri: Bakı şəhəri;
İmtiyazlar: Tibbi sığorta; 
Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Korporativ satış üzrə mütəxəssis) qeyd edərək, [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 212
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 57
Elm və təhsil naziri...
Lisey və gimnaziyalara qəbul qaydalarında dəyişikliklərlə bağlı açıqlama
29 May, 2025 - 10:43 157
Lisey və gimnaziyala...