İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Dünya İqtisadi Forumu (Davos) ilə əməkdaşlıq çərçivəsində 4-cü Sənaye İnqilabı texnologiyalarının (4Sİ) ölkəmizdə tətbiqi, ən son yeniliklər, layihələr və təşəbbüslər haqqında müxtəlif konseptlərdə bloqlar və məqalələr hazırlayır və bu məqalələr Forumun saytında işıqlandırılır. Forumun bloqlarının ay ərzində oxucu sayı 5 milyondan çoxdur.
Bu məqsədlə 4SİM Süni İntellekt və Əşyaların İnterneti kimi qabaqcıl texnologiyalar və onların sənaye və cəmiyyətə transformasiyaedici təsiri haqqında bloqlar və məqalələr yazmağa həvəsli şəxslərin axtarışındadır.
Nümunə mövzular (bunlarla məhdudlaşmayaraq):
- Süni İntellekt və avtomatlaşdırma: Gələcək iş sahələrinin formalaşdırılması;
- Əşyaların İnterneti və “Ağıllı Şəhərlər”: Şəhər innovasiyasına yol açmaq;
- Süni İntellekt etikası və çağırışlar;
- Səhiyyədə Süni İntellekt və Əşyaların İnterneti: Xəstəliklərin müalicəsində inqilab;
- Sənaye 4.0: Süni İntellekt və Əşyaların İnterneti texnologiyaları istehsala necə təsir edir?;
- Avtonom nəqliyyat vasitələri
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb