Bazar ertəsi, 21 İyul, 2025

İbtidai sinif müəllimlərinin I forumu


  • Dərc edildi: 3 Aprel, 2023 - 16:34
İbtidai sinif müəllimlərinin I forumu

İbtidai sinif müəllimlərinin I forumu

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik dəstək və peşəkar inkişaf mərkəzi ilə birlikdə İbtidai sinif müəllimlərinin I forumunu təşkil edir.
Forumun məqsədi sertifikasiya prosesinə hazırlaşan müəllimləri məlumatlandırmaq və onlara onlayn dəstək göstərməkdən ibarətdir.
15 aprel 2023-cü il tarixində Bakı şəhərində keçiriləcək olan ibtidai sinif müəllimlərinin iştirakı nəzərdə tutulmuş bu tədbirdə Azərbaycan dili, riyaziyyat və ümumi kurikulum mövzularına toxunulacaqdır. Tədbir zamanı ekspertlər tərəfindən müəllimləri maraqlandıran mövzular barədə  müzakirələr aparılacaq və iştirakçılar tərəfindən ünvanlanmış suallar cavablandırılacaqdır. 
Onu da bildirmək istərdik ki, qeydiyyat linkindən ilk qeydiyyatdan keçmiş 300-350 müəllimə öncəlik veriləcəkdir və forumda iştirak üçün yaş məhdudiyyəti yoxdur.
Qeyd: Forumda yalnız bu il sertifikasiya imtahanında iştirak edən müəllimlər iştirak edə bilərlər.
Qeydiyyatdan son keçmə tarixi: 9 aprel 15:00
Qeydiyyat linki: https://ref.az/2g2pZ4h

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3782
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 2176
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 200
Bu gündən tələbələri...