Cümə axşamı, 24 İyul, 2025

Gənclər üçün əla fürsət!


  • Dərc edildi: 16 İyul, 2024 - 16:40
Gənclər üçün əla fürsət!

Gənclər üçün əla fürsət!


Azerbaijan Fish Farm MMC 2024-cü il üçün Təcrübə proqramı elan edir!



İstedadlı, motivasiyalı, öyrənməyə açıq, inkişafa meyilli gəncləri təcrübə proqramına müraciət etməklə Maliyyə/Mühasibatlıq sahəsində təcrübi biliklər qazanmağa dəvət edirik!

Təcrübə proqramı sizə nələr qazandıracaq?

•       İşləyərək öyrənmək imkanı;
•       Korporativ iş mühiti ilə tanışlıq;
•       Peşəkar inkişaf, karyera məsləhətləri və mentorluq;
•       Təcrübədə iştiraka dair sertifikat;
•       Ən əsası isə təcrübə proqramı uğurla bitirən və özünü doğruldan təcrübəçilərə AFF MMC-də karyera qurmaq imkanı.

Təcrübə proqramı kimlər üçün nəzərdə tutulur?

•       2022-2024-cü illərin bakalavr məzunları, hazırki magistr və sonuncu kurs tələbələri (İxtisas:İqtisadiyyat, Maliyyə, Mühasibat);
•       Yaradıcı, innovativ, daim öyrənməyə və inkişafa marağı olanlar;
•       MS office proqramları ilə işləmə qabiliyyəti olanlar;
•       Minimum 75 ÜOMG (üstünlükdür);
•       Azərbaycan dili (əla), ingilis dili (orta), rus dili (üstünlükdür).

İş şəraiti

•       İş saatı: 09:00-dan 18:00-dək;
•       Həftədə 5 gün, şənbə və bazar istirahət günləri; 
•       Təcrübə proqramı ödənişli (maaşlı )əsaslarla olacaq;
•       Təcrübə müddəti: 3 ay.

Müraciət etmək istəyən namizədlər CV-lərini “Təcrübəçi mühasib” başlığı ilə  [email protected] e-mail ünvanına göndərə bilərlər.

Azerbaijan Fish Farm MMC haqqında ətraflı məlumat üçün http://aff.az saytını nəzərdən keçirə bilərsiniz.

Hər birinizə uğurlar!

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Azərbaycan Texnologiya Universiteti (Gəncə) 2025/2026-cı tədris ili üçün aşağıda qeyd olunan fənlərin tədrisi üzrə müəllim vakansiyaları elan edir
24 İyul, 2025 - 01:30 70
Azərbaycan Texnologi...
SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 256
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 121
BSU regionlardan qəb...