Şənbə, 7 İyun, 2025

“TİPx 9: Sərhəddən kənarda” konfransı keçiriləcək


  • Dərc edildi: 15 Mart, 2023 - 15:11
“TİPx 9: Sərhəddən kənarda” konfransı keçiriləcək

Tələbə İnkişaf Platforması (TİP) çərçivəsində “TİPx 9: Sərhəddən kənarda” konfransı keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən 29 mart tarixində Azərbaycan Dillər Universitetində tələbələr üçün “Tələbə İnkişaf Platforması (TİP)” çərçivəsində növbəti “TİPx 9: Sərhəddən kənarda” konfransı keçiriləcək.

 

Konfransın keçirilməsində məqsəd tələbələri sərhədsiz fürsətlər, xaricdə qısamüddətli təhsil və təcrübə proqramları barədə məlumatlandırmaq, şəxsi inkişaf, sərbəst iş rejimi, peşəkar əmək fəaliyyəti üzrə təcrübə və tövsiyələrin paylaşılması, onlara karyera planlaması istiqamətində dəstək olmaqdır.

 

Tədbirin mövzuları:

 

 • Dövlət proqramı çərçivəsində xaricdə təhsil

• Yerdən 7495 m yüksəkdə

• Avropa İttifaqının Erasmus+ proqramı çərçivəsində fərdi imkanları

• Kim deyir ki, olmaz?

 

Konfransa müxtəlif ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri qatıla bilər. İştirak üçün onlayn qeydiyyat formasını doldurmaq tələb olunur. Seçilmiş iştirakçıların elektron poçt ünvanlarına dəvət məktubu göndəriləcək.

 

Son qeydiyyat tarixi: 26 mart  

 

Qeydiyyat linki: shorturl.at/apDH7

 

Keçirilmə tarixi: 29 mart, saat 15:00

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 130
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...