Cümə axşamı, 26 İyun, 2025

İnsan Resursları üzrə Təcrübəçi vakansiyası


  • Dərc edildi: 11 İyun, 2024 - 19:41
İnsan Resursları üzrə Təcrübəçi vakansiyası

İnsan Resursları üzrə Təcrübəçi vakansiyası

 

“Coffeemania” restoranlar şəbəkəsi İnsan Resursları üzrə Təcrübəçi vakansiyasını aktiv elan edir. Siz də karyeranızı bizimlə yüksəltmək istəyirsinizsə komandamıza qoşula bilərsiniz. İnsan Resursları sahəsində təcrübəsi olmayan, lakin öz karyerasını bu sahə üzrə qurmaq istəyən bütün namizədlər müraciət edə bilər. Təcrübə müddəti 3 aydır. Həmin müddət ərzində təcrübəçiyə insan resursları ilə bağlı bir çox nəzəri, praktiki məlumatlar veriləcək və iş ətraflı öyrədiləcək. Proqramı uğurla bitirən namizədlər işlə təmin olunacaq. İş görmə bacarığı ilə bağlı bonuslar nəzərdə tutulub.

Vəzifə öhdəlikləri:
-şəxsi işlərin düzgünlüyünə nəzarət
-kadrlarla bağlı gələn sənədlərin qəbulu, sənədləşmələrin həyata keçirilməsinə dəstək
-filiallardan gələn kadrlarla bağlı sorğuların qeyd edilib yönləndirilməsi
-kadrlarla bağlı hesabatların hazırlanmasına dəstək
-vakansiyalara müraciət edən namizədlərlə görüşlərin təyin edilməsi prosesində iştirak etmək
-işçilərlə daim ünsiyyətdə olma, problemləri dinləmə
-təlimlərin təşkilinə dəstək
-əmək kitabçalarının yazılması

Namizədə Tələblər:
Ali təhsil: (iqtisadiyyat, idarəetmə, biznesin təşkili və ya bunlara uyğun ixtisaslar üzrə təhsilli olması arzuolunandır)
MS Office proqramlarından istifadə etməyi bacarmalı
Ünsiyyət və təşkilatçılıq bacarığı
Öyrənməyə meyilli, yeniliklərə açıq olmalı
Bu sahədə sertifikatların olunması arzuolunandır.
Təcrübə: tələb olumur

Əlavə təminatlar:
Nahar
Korporativ nömrə
İş qrafiki: Bazar ertəsi-Şənbə (Şənbə günü qısaldılmış iş günü)

Namizədlərdən öz CV-lərini mövzu hissəsinə “İnsan resursları üzrə təcrübəçi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Məktəbəhazırlıq qruplarına qəbul başlayır
18 İyun, 2025 - 12:31 176
Məktəbəhazırlıq qrup...
Eduaspect: Təhsildə Yeniliklərin Bələdçisi
13 İyun, 2025 - 04:20 798
Eduaspect: Təhsildə ...
Sertifikatlaşdırmada hansı suallara hazır olmalıyam? – Cavabı buradan oxu!
12 İyun, 2025 - 15:43 202
Sertifikatlaşdırmada...