Bazar, 20 İyul, 2025

“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir


  • Dərc edildi: 15 Mart, 2024 - 10:24
“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir

“Azərbaycan müəllimi” qəzeti rebrendinq müsabiqəsi elan edir

 

Elm və Təhsil Nazirliyinin mətbuat orqanı olan və 1934-cü ildən fəaliyyət göstərən “Azərbaycan müəllimi” qəzeti ölkəmizdəki ən önəmli təhsil carçısıdır. 2024-cü ildə 90 illik yubileyini qeyd edəcək bu qədim tarixə malik qəzetin müasir dövrün tələblərinə uyğunlaşdırılması məqsədilə rebrendinq müsabiqəsinə start verilib.

  

Müsabiqədə iştirak etmək istəyənlər “Azərbaycan müəllimi” qəzetinin yeni loqosu və internet saytının əsas səhifəsinin dizaynı ilə bağlı təkliflərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

 

Müraciət üçün son tarix 10 aprel 2024-cü ildir.

 

Namizədlər müsabiqədə fərdi və yaxud ikinəfərlik qrup olaraq iştirak edə bilərlər. Birinci yeri qazanan şəxs və ya komanda qəzetin 90 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirdə iştirak edəcək və təşəkkürnamə ilə təltif olunacaq. Qalibə həm də 1500 AZN dəyərində pul mükafatı təqdim ediləcək.

 

Ətraflı məlumatla nazirliyin rəsmi internet saytının “Elanlar” bölməsində yerləşdirilmiş keçid vasitəsilə tanış ola bilərsiniz.

"Azərbaycan müəllimi" qəzeti yenilənir - Rebrendinq müsabiqəsi

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 3439
Sumqayıt Dövlət Univ...
Peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsabiqəyə start verilir
18 İyul, 2025 - 00:01 1862
Peşə təhsili müəssis...
Bu gündən tələbələrin köçürülməsinə başlanılır
15 İyul, 2025 - 11:10 190
Bu gündən tələbələri...