Bank of Baku ASC olaraq Şirvan filialı, "Kassa bölməsi üzrə kiçik ekspert" vakansiyası üzrə yeni əməkdaş axtarışındayıq:
Tələblər
- Ali iqtisadi təhsil
- Yüksək Azərbaycan dili bilikləri (Rus dili orta səviyyədə)
- MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
- Böyükhəcmli rəqəmli məlumatlarla işləmək bacarığı
- Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşmasına malik olmaq
Əsas vəzifə və öhdəliklər
- Manatda və xarici valyutada nağd pul vəsaitlərinin, habelə digər qiymətlilərin və ciddi hesabat blanklarının qəbul edilməsi, verilməsi və saxlanılması üzrə əməliyyatların həyata keçirilməsi
- Mədaxil və məxaric sənədlərinin yoxlanılması
- Əməliyyatların bankın əməliyyat proqramında əks etdirilməsi
-Bankomatların və ödəniş terminallarının inkassasiyasının həyata keçirilməsi
Müraciət etmək istəyən namizədlər https://lnkd.in/dbFnm65A linkinə daxil olub,qeydiyyatdan keçərək, vakansiyaya müraciət edə bilərlər.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb