Cümə axşamı, 4 Sentyabr, 2025

“ Bilgə Qarabağ ” intellektual oyunu layihəsinin açılış mərasimi keçirilib


  • Dərc edildi: 6 Noyabr, 2023 - 12:29
“ Bilgə Qarabağ ” intellektual oyunu layihəsinin açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 7-ci qrant müsabiqəsi çərçivəsində qalib olan “ Bilgə Qarabağ ” intellektual oyunu layihəsinin açılış mərasimi keçirilib.
"Bilgə Qarabağ” intellektual oyunu layihəsinin açılış mərasimi Səbail rayon H.Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar elmlər liseyində keçirilib. 
Açılışda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nümayəndəsi Vüsalə Əliyeva, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası-nın sədri Rüfət Əsədzadə, müəllimlər və şagirdlər iştirak edib. 
Layihənin əsas məqsədi: Bilgə Qarabağ intellektual oyunu ilə Qarabağın tarixi, mədəniyyətini və incəsənətinin intellektual səviyyədə təbliğinə xidmət etmək və inkişaf edən cəmiyyətin gözləntilərinə uyğun zəka oyunları yaratmaqla şagirdlərin vətənpərvərlik dəyərlərinin inkişafına dəstək verməkdən ibarətdir.
Layihə çərçivəsində hazırlıq işləri aparılıb və idarəetmə komandası formalaşdırılıb. Daha sonra layihənin icrası ilə bağlı müvafiq əməkdaşlıqlar qurulub.
Layihə sentyabrın 15-dən yanvarın 15-dək davam edəcək.

Təhsil Xəbərləri

“Bir Müəllimin Manifesti” proqramına qeydiyyat başladı!
24 Avqust, 2025 - 03:21 1119
“Bir Müəllimin Manif...
Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2025) uğur qazanıblar!
21 Avqust, 2025 - 18:11 257
Məktəblilərimiz Beyn...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
01 Avqust, 2025 - 15:30 8124
Sumqayıt Dövlət Univ...