Şənbə, 7 İyun, 2025

"Keyfiyyətə təminat üzrə kiçik mütəxəssis" vakansiyası


  • Dərc edildi: 10 Fevral, 2025 - 23:26
"Keyfiyyətə təminat üzrə kiçik mütəxəssis" vakansiyası

Azərbaycan Supermarket MMC "Keyfiyyətə təminat üzrə kiçik mütəxəssis" vakansiyasını elan edir. 
 


Öhdəliklər:


·       Keyfiyyət qeydlərinin izlənməsi, təhlil edilməsi və hesabat verilməsi;
·       Sənədlərin idarə edilməsi: yaradılması, dərc edilməsi, tətbiqi və yenilənməsinin təmin edilməsi;
·       Şirkətin keyfiyyət təminat məqsədlərinin tətbiqi və saxlanılması;
·       Özəl markalı məhsulların dövri keyfiyyət nəzarətinin izlənməsi;
·       Mağazalar və anbarlarda daxili qida təhlükəsizliyi auditinin keçirilməsi,düzəldici tədbirlərin başa düşülməsini təmin etmək və düzəldici tədbirlərə nəzarət etmək.
·       Təchizatçıların qida təhlükəsizliyi uyğunluğunun qiymətləndirilməsinə kömək etmək, təchizatçı auditlərində iştirak etmək və uyğunluq qeydlərini nəzərdən keçirmək.
·       Qida məhsullarının etiketləmə məlumatlarının qida təhlükəsizliyi qaydalarına uyğun olmasını təmin etmək.
·       Özəl markalı məhsul spesifikasiyalarının uyğunluğunu təmin etmək.
·       Düzəlişlər və həyata keçirilən düzəldici tədbirlər barədə hesabat vermək.
·       Məhsulun geri çağırılmasını başlatmaq və nəzarət etmək; prosesin effektivliyini qiymətləndirmək.
·       İdarəetmə tərəfindən təyin edilmiş digər vəzifələri yerinə yetirmək



Tələblər:


·       Qida istehsalı, laboratoriya, keyfiyyət nəzarəti təcrübəsi
·       Qida texnologiyası, qida mikrobiologiyası, biologiya, kimya üzrə ali təhsil
·       İngilis və Azərbaycan dillərində güclü bilik. Rus dili biliyi üstünlükdür
·       Qida təhlükəsizliyi qaydaları və keyfiyyət idarəetmə sistemləri haqqında bilik
·       HACCP və Yaxşı İstehsal Təcrübələri (GMP) ilə tanışlıq
·       MS Office proqramları (xüsusilə Excel) və Outlook bilikləri
·       Komandada işləmək bacarığı
·       Güclü ünsiyyət bacarığı.
·       Tənqidi düşüncə və təhlil bacarıqları.

Maraqlanan namizədlər [email protected] email ünvanına “Keyfiyyətə təminat üzrə kiçik mütəxəssis” başlığı ilə müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 122
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 297
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 84
Elm və təhsil naziri...