Bazar, 8 İyun, 2025

"Bakı məktəblilərinin l MUN konfransı" layihəsi üzrə şagird qeydiyyatına start verilib


  • Dərc edildi: 7 Dekabr, 2023 - 10:02
"Bakı məktəblilərinin l MUN konfransı" layihəsi üzrə şagird qeydiyyatına start verilib

"Bakı məktəblilərinin l MUN konfransı" layihəsi üzrə şagird qeydiyyatına start verilib


 Layihənin məqsədi Bakı məktəbliləri arasında I MUN konfransı təşkil etməklə onların tədqiqat, yazı, müzakirə, ictimai çıxış və fikirlərini ifadə etmək kimi mühüm akademik bacarıqlarının inkişaf etməsi üçün imkan yaratmaqdır.

 Layihəyə Bakı şəhəri üzrə 30 məktəb və hər məktəbdən 8-9-10-cu sinif olmaqla 5 şagird və əlavə olaraq 1 rəhbər müəllimin (150 şagird, 30 rəhbər müəllim) cəlb edilməsi planlaşdırılıb.

 Hər bir komanda 5 şagird və 1 rəhbər müəllimdən ibarət olmalıdır. Rəhbər müəllimlər komanda üzvlərinin məlumatlarını əks etdirən sənədlə birlikdə qeydiyyatdan keçməlidirlər.

 Qeydiyyat üçün keçid: https://forms.gle/WGcGv5ku4kieoE4x9

 Müraciət üçün son tarix: 10 dekabr 2023-cü il

 Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən Təhsildə inkişaf və innovasiyalar üzrə VII qrant müsabiqəsi çərçivəsində Bakı şəhəri 74 nömrəli tam orta məktəb "Bakı məktəblilərinin l MUN konfransı" layihəsi ilə qalib olub.

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

Mərkəzi imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyalara qeydiyyat prosesinə start verilir!
05 İyun, 2025 - 21:02 132
Mərkəzi imtahanla qə...
Qarabağ Universiteti VII Türk Dövlətləri Türkoloji Yay Məktəbinə evsahibliyi edəcək
02 İyun, 2025 - 16:30 303
Qarabağ Universiteti...
Elm və təhsil naziri: “Yaxşı kadr istəyiriksə, yaxşı da investisiya qoymalıyıq.”
02 İyun, 2025 - 14:47 85
Elm və təhsil naziri...