Ümumi vəzifə öhdəlikləri:
• Yeni mobil layihələr üzərində çalışmaq
• Mövcud mobil layihələri inkişaf etdirmək
• Mobil layihələr üzərində komanda üzvü olaraq çalışmaq
• Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək
• Layihələrin planlanması, development’i, deploy edilməsi və baxımı
• Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;
• Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;
• Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;
• Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;
• Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.
Namizədə qarşı tələblər:
• Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
• Kotlin və Java dilləri üzrə yüksək səviyyədə biliklər;
• Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dili (orta);
• OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;
• MVVM, MVI, MVP kimi pattern-lər üzrə təcrübə;
• FCM, Retrofit, Room, DI(Dagger Hilt), Coil, RxKotlin, RxJava, Coroutines, Jetpack kimi alətlər və ya alternativləri ilə təcrübə;
• Yüksək debug etmək bacarıqı;
• UI/UX proseslərinə diqqət bacarıqı;
• Data strukturları biliyi və alqoritmlər hazırlamaq bacarığı;
• Modular sistemlər üzrə təcrübə üstünlükdür;
• Git ilə işləmə bacarığı;
• Komanda ilə işləmə bacarığı;
Arzu olunan tələblər:
• Xəritə sistemləri ilə təcrübə
• Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;
• CI/CD proseslərinin qurulması təcrübəsi;
Sizə nə təklif edirik?
• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 30 oktyabr 2024-ciü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Mobile Android Developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.