Support Associate Full Time vəzifəsinə müraciət göndər.
Müsahibəni uğurla başa vur və ölkənin ən uğurlu dəstək xidməti komandasının bir parçası ol.
Görəcəyiniz işlər:
Komanda ilə birlikdə 24/7 müştəri və kuryer partyor dəstəyimizi idarə edirik.
Çat vasitəsilə müştərilərlə ünsiyyət qurmaq, Wolt səs tonundan istifadə etmək və müştərilərin tonuna uyğunlaşmaq.
Müştərilərimizin və kuryer partyorlarımızın suallarına və sorğularına sadə və aydın şəkildə cavab vermək, onların gözləntilərini aşmaq üçün həllər tapmaq.
Komanda ilə birlikdə müştəri və kuryer partyor dəstəyimizi inkişaf etdirmək.
Bizim gözləntilərimiz:
Azərbaycan dilini mükəmməl bilirsiniz və ingilis dilində işləməyi bacarırsınız, mükəmməl rus dilliyi biliyi isə böyük bir üstünlükdür.
Support Associate növbə əsaslı roldur, bu o deməkdir ki, siz səhər, gündüz, axşam və hətta gecə növbələrində işləyəcəksiniz, çünki Müştəri Dəstəyi 7/24 fəaliyyət göstərir (tam iş növbələrinin bəzi nümunələri: səhər - 06:00 -15:00; 08:00-17:00, gündüz - 12:00-21:00, axşam - 18:00-03:00, gecə: - 21:00-06:00).
Birbaşa ofisdən işləmək.
Müştəri dəstəyi və ya müştəri xidməti sahəsində təcrübəniz olması üstünlükdür.
Multitasking sizin güclü cəhətinizdir və siz eyni vaxtda birdən çox daxil olan qarşılıqlı əlaqəni idarə etməyə və hansını prioritetləşdirəcəyinizi asanlıqla müəyyən etməyə hazırsınız.
Təzyiq altında, pik saatlarda və yüksək tələbat zamanı sakit qalmaq qabiliyyətiniz var.
Siz texnoloji biliklərə sahibsiniz və tez öyrənənsiniz.
Rəy bildirin
Hələ heç bir rəy yazılmayıb