Cümə axşamı, 24 İyul, 2025

Bərdə rayonunda Əmək Yarmarkası keçiriləcək


  • Dərc edildi: 16 Avqust, 2022 - 12:47
Bərdə rayonunda Əmək Yarmarkası keçiriləcək

İşsiz və işaxtaran şəxslərin nəzərinə!

 Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filalının dəstəyi ilə Bərdə rayonunda Əmək Yarmarkası keçiriləcək.

 “Al Market” MMC-də satıcı-kassir vakansiyası üzrə işə qəbul olunmaq istəyən şəxslər göstərilən tarixdə qeyd olunan ünvana yaxınlaşa bilərlər.

 Yarmarkaya qatılan namizədlərin şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır.

Əgər CV-niz yoxdursa, Dövlət Məşğulluq Agentliyi tərəfindən istifadəyə verilən CV Yarat platformasından (www.cvyarat.az) yararlana bilərsiniz. Bu platformada qeydiyyatdan keçməklə lazımi xanalara məlumatlarınızı əlavə edib, qısa müddətdə öz CV-nizi PDF formatında əldə etmək mümkündür.

 Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

 Əmək yarmarkasının keçiriləcəyi ünvan və tarix:

 Bərdə şəhəri, Koroğlu küçəsi, Abbas Səhət adına uşaq kitabxanası.

 18 avqust, 2022

 11:00 - 15:00
 

Rəy bildirin

Email ünvanınız göstərilməyəcək. Mütləq xanalar *

Hələ heç bir rəy yazılmayıb

Təhsil Xəbərləri

SABAH qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsi açıq elan olunur
22 İyul, 2025 - 11:20 236
SABAH qruplarının ba...
BSU regionlardan qəbul olan qızlara təqaüd verəcək
22 İyul, 2025 - 11:06 119
BSU regionlardan qəb...
Sumqayıt Dövlət Universiteti 131 fənn üzrə pedaqoji kadrların işə qəbulunu elan edir
18 İyul, 2025 - 11:30 4436
Sumqayıt Dövlət Univ...